Pimenov Bakıda saxlanıldı

07-05-2019 [12:18]

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə mayın 2-nə keçən gecə N.Əliyev küçəsindəki 2 binada liftlərin əyləc dolaqlarının oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Pimenov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.



SON XƏBƏRLƏR