Öz həmyerlisini rüsvayedici məlumatlarla hədələyən şəxs tutuldu

img

07-05-2019 [12:04]


Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR