Nazirlik Xətaidəki ağac düşmənləri ilə bağlı açıqlama yaydı

img

07-05-2019 [11:48]


Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanan araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Mia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb.

Xatırladılıb ki, maayın 5-də ETSN-ə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR