Şriftin ölçüsü / 254 dəfə oxunub

Nuşirəvan Məhərrəmli ANS-lə bağlı suallara nöqtə qoydu: "Bu məsələ bitib"

07 May 2019 [11:32]

"Baş Prokurorluğun məlumatının ANS televiziyasının fəaliyyətinin bərpası ilə bağlı yayılan məlumatlara heç bir aidiyyəti yoxdur".

Bunu  Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, ANS haqqında sosial şəbəkələrdə məlumatların yayımlanması məsələnin gündəmdə olması demək deyil: "Məlumatlar sosial şəbəkədə yayılırsa, bu o demək deyil ki, bu məsələ gündəmdədir. Bakı Apelyasiya Məhkəməsi ANS televiziyası ilə bağlı öz qərarını verib və televiziyanın fəaliyyətinə xitam verilib. Bununla da ANS televiziyası ilə bağlı məsələ bitib". /Report



SON XƏBƏRLƏR