Zabratda nənə və nəvəni maşın vurub, uşağın vəziyyəti ağırdır

06-05-2019 [23:06]
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1958-ci il təvəllüdlü Mahmudova Rübabə Kərim qızı və 2014-cü il doğumlu Həsənli Nuray Vüqar qızı yolu keçərkən "Naz-Lifan" markalı minik avtomobili tərəfindən vurulub.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Beş yaşlı Nurayın vəziyyəti ağır olaraq qiymətləndirilir.


SON XƏBƏRLƏR