"ANS TV-nin açılması pis olmazdı..." - Deputat

img

06-05-2019 [22:09]


Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Respublika Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub göndərməsi məsələsindən danışıb. 

Deputat bildirib ki, Respublika Baş Prokurorluğunun belə açıqlama verməsi təqdirəlayiq hadisədir: "Hələlik bu məsələ ilə bağlı digər qurumların da qərarlarını gözləyək. Çünki ANS-in vergilər, Milli Televiziya və Radio Şurası ilə problemləri var idi. Baxaq görək bu qurumların məsələyə reaksiyası necə olacaq".

F.Ağamalı deyib ki, ANS-in efir məkanına qayıtması Azərbaycanda media azadlığına əhəmiyyətli təsir göstərən amil olardı:

"Bu gün Azərbaycanda bir çox telekanallar fəaliyyət göstərir. ANS TV-nin də açılması pis olmazdı. Ancaq mən yenə bildirirəm ki, digər qurumların da bu məsələyə reaksiyasının necə olacağını gözləmək lazımdır. Həmin qurumlar ANS-lə bağlı bəzi məsələlərə aydınlıq gətirməlidir. Hələlik tələsməyək. Ola bilsin ki, ANS-in təsisçiləri yenidən bir araya gəlib telekanalı fəaliyyətə başlada bilərlər. Yaxud da əksinə ola bilər. Bütün bunlar sonrakı məsələlərdir. Doğrudur, Respublika Baş Prokurorluğunun açıqlaması ANS-lə bağlı bir çox məsələlərə aydınlıq gətirir. Ancaq bu məsələyə digər qurumlar da aydınlıq gətirməlidirlər. Mən Azərbaycanda qanunun tərəfdarıyam. Baş Prokurorluğun da belə bir açıqlaması varsa, onu təqdir edirəm. Demək ki, uzun müddət zaman kəsiyində aparılan araşdırmalar müsbət nəticələr verib. Bu, çox yaxşıdır".

Demokrat.az

Digər xəbərlər
SON XƏBƏRLƏR