Nazir Baş katiblə görüşdü

img

06-05-2019 [19:25]


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevi qəbul edib.

Mia.az XİN-ə istinadən bildirir ki, görüş zamanı Türk Şurasının baş katibi Bağdad Amreyev bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlayaraq bu görüşün çox məhsuldar bir görüş olduğunu və maraqlı müzakirələr aparıldığını diqqətə çatdırıb.

B.Amreyev Şuranın təsis olunmasının 10 illiyi münasibətilə növbəti zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq bu zirvə toplantısının Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Tərəflər zirvə görüşünə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparıblar.

Daha sonra Baş katib Türk Şurasında iqtisadiyyat, ticarət, maliyyə və nəqliyyat sahələrində həyata keçirilən son islahatlar barədə məlumat vərərək bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını diqqətə çatdırıb.

E.Məmmədyarov Azərbaycanın Türkdilli Şurasının fəaliyyətinə hər zaman olduğu kimi, gələcəkdə də töhfəsini davam etdirəcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR