Şriftin ölçüsü / 141 dəfə oxunub

Əbülfəs Qarayev Lənkərana gedir

06 May 2019 [17:34]
Mədəniyyət naziri Əbülfəs Qarayev sabah Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Mədəniyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, bu qəbul aprelin 22-inə nəzərdə tutulsa da mayın 7-inə dəyişdirilib.

Qəbul saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) baş tutacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.


SON XƏBƏRLƏR