Bakıda əcnəbinin pulqabısının oğurlayan keçmiş məhkum tutuldu

img

06-05-2019 [17:56]


Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.

​DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

​Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Cəlilov polis əməkdaşkları tərəfindən saxlanılıb.

​Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR