Poroşenko istintaqa çağırıldı

img

06-05-2019 [16:31]


Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.

"Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.

Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər. 

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bi müddət əvvəl bildirmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq. 

Aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinici turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR