"Qocaları öldürəndi, qocalıq!" deyən şair vəfat etdi

img

06-05-2019 [13:29]


Şair-publisist, AzTV-nin keçmiş redaktoru Dəmir Gədəbəyli vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə sabiq deputat Nazim Bəydəmirli məlumat verib.

Bildirib ki, o, bir müddət imiş ki, xəstə yatırmıış...

Allah rəhmət eləsin!

Xatırladaq ki, Dəmir Gədəbəyli son şeirini mayın 2-də sosial şəbəkəsində paylaşıb.

Həmiş şeiri də təqdim edirik:


Q O C A L I Q ...

(Gənc dostuma...)

Cavan oğlan, lovğalanma, öyünmə,
Gec, tez özün bildirəndi, qocalıq!
Bir gün salar səni mənim günümə,
Əl çaldırıb, güldürəndi, qocalıq!

Qocalmaq özü də hünərdi, hünər,
Hər kişi yaşamır, heç mənim qədər!
Qocalanda ömür olur qəm, kədər,
Ağladıb, yaş sildirəndi, qocalıq!

Gör, şair Dəmiri qoyub nə günə,
Bir gün sən də dönəcəksən düşgünə,
Gizli - gizli gözəllərin eşqinə,
Qocaları öldürəndi, qocalıq!

Dəmir Gədəbəyli.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR