Qadının hesabından pul oğurlayan şəxs həbs edildi

img

06-05-2019 [12:42]


Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən Ərəb kənd sakini olan qadın mayın 1-də bank hesabından 225 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini M.İsmayılov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR