PA-nın sektor müdiri: "Humanistləşdirmə ilə bağlı tədbirlər 14 min nəfərə şamil olunub"

06-05-2019 [12:06]

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ilə bir sıra cəzalar dekriminallaşdırılıb. Humanistləşdirmə ilə bağlı tədbirlər 14 min nəfərə şamil olunub".

Bunu Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev Bakıda keçirilən "Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr" adlı konfransında deyib.

Onun sözlərinə görə, 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən azad edilib, 1800 nəfər cəzadan azad olunub: "Onlardan 800-ü azadlıqdan məhrumetmə məhkum ediləndir. Bu rəqəmlər əfv və amnistiya aktlarını əhatə etmir".

Report



SON XƏBƏRLƏR