"Azərbaycan dövləti olaraq bizə kim yardım edibsə..." - Əli Həsənov

img

06-05-2019 [10:49]


"Azərbaycan dövləti olaraq bizə kim yardım edibsə, biz heç bir zaman Azərbaycana uzadılan yardım əllərini unutmamışıq. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanda humanitar böhran baş verə bilərdi".

Bunu Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Humaniyar Yardım üzrə Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinə həsr olunan tədbirdə deyib.

O bildirib ki, Azərbaycanla Yaponiyanın əlaqəsi yüksək səviyyədədir: "Yaponiya fondu tərəfindən 2004-cü ildə Mingəçevirdə 412 məcburi köçkün qəsəbəsi salındı. Yaponiya hökuməti vasitəsilə Azərbaycana ən güzəştli kreditlər verilirdi. Ümumilikdə, həm humanitar yardımlar, həm də güzəştli kreditlərlə birlikdə Azərbaycana 1 milyard dollar yardım edilib".

Baş nazirin müavuni Yaponiya hökumətinə Azərbaycan dövləti və Azərbaycanın məcburi köçkün və qaçqınları adından təşəkkür edib: "Ümid edirəm ki, Azərbaycan-Yaponiya əlaqələri bundan sonra da inkişaf edəcək. Bu yaxınlarda cənab Prezident bir cümlə işlətdi: Son 15 ildə Azərbaycanın inkişaf göstəriciləri dünyanın heç bir ölkəsində olmayıb. Ümumdaxili məhsul son 15 ildə dəfələrlə artıb. Qeyri-neft sektoru 2.7, sənaye sektoru 2.6, xarici investisiya və daxili investisiyalarla birlikdə 250 milyardı keçib. Ölkənin valyuta ehtiyacı 24 dəfə artıb.

Bütün bunlar Prezident İlham Əliyevin siyasəti nəticəsində həyata keçib".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR