Səhiyyə Nazirliyi şagirdlərin düşdüyü qəza ilə bağlı açıqlama yaydı

img

06-05-2019 [10:42]


Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Mia.az nazirliyə istinadən xəbər verir ki, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Bildirilib ki, biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR