"Ailə üzvünüzə qarşı yönələn haqsızlığa "yox" deyin..."

05-05-2019 [16:53]
Adil İSMAYILOV, 
Vəkil

***

"YALCIN İMANOV TANIDIĞIM ƏN YAXŞI VƏKILLƏRDƏN BIRIDIR. Onun vəkillikdən kənarlaşdırılmasına səs verənlərin vəkil olmalarına şübhəm var!”.

Bu statusu 2017-ci ildə yazmışdım. 

O vaxt Penitensiar Xidmətin (PX) şikayəti əsasında Yalçın İmanov vəkillikdən uzaqlaşdırıldı. De yure vəkil statusu saxlanılsa da, de fakto artıq iki ildir ki, vəkillik edə bilmir. 

Bəziləri deyir ki, VK vəkillikdən çıxartmır, sadəcə təklif verir, vəkillikdən məhkəmə çıxarır. 

İki ildir Yalçının işi məhkəmələrdədir, belə getsə, bir iki il də məhkəmə bitməyəcək. Heç kim də narahat olmayacaq ki, bu illər adamın ömründən, kisəsindən gedir, özü də təkcə onun kisəsindən yox, bu illər ərzində adam neçə-neçə günahsız insana vəkillik edə, kömək göstərə bilərdi…

İndi VK və onun rəhbərliyi eyni situasiya ilə üz-üzədir. 

Bu dəfə PX-nın hədəfində digər hörmət etdiyim vəkil Fariz Namazli ıdır. Eşitdiyimə görə, bir-iki ay olar ki, Fariz Namazlı PX-nın qara siyahısına salınıb. Vəkillik fəaliyyətinə qadağa qoyulmasa da, onun türmələrə girişinə qadağa qoyulub. Yəqin Yalçının işindən sonra PX əmindi ki, VK bu dəfə də onun sözünü yerə salmayacaq. 

Namazlı barəsində intizam işi başlanılması barədə xəbər məni çox kədərləndirir, bu onun vəkillikdən uzaqlaşdırılması prosesinin başladığı deməkdir.

DOSTLAR, sonralar müdafiəsiz qalmaq istəmiriksə, gəlin nə qədər gec deyil Farizi müdafiə edək. 

Mənə münasibətdə göstərdiyiniz ilginin ikiqatını Farizə göstərin, ona mənə olduğunuzdan ikiqat artıq dayaq olun. 

HÖRMƏTLİ VK ÜZVLƏRİ, məni bəyənməsəniz də, hərəkətlərimdən xoşlanmasanız da, guya kölə, mağmın dediyimə görə məndən incisəniz də, üzümə deməyə cəsarət tapmayıb arxamca danışsanız da, bunları unudun, özünüzü vahid vəkil ailəsi hesab edəirsinizsə, cəsarətinizi göstərin, ailə üzvünüzə qarşı yönələn haqsızlığa yox deyin. 

Həmkarınıza dayaq olun, inanın özü deməsə də, buna ehtiyacı var. 

HAQQIN YANINDA OLUN Kİ HAQDA SİZİN YANINIZDA OLSUN.

Mia.az 



Digər Xəbərlər

SON XƏBƏRLƏR