Novruz Məmmədov Xələf Xələfovdan boşalan postu kimə həvalə etdi? - Açıqlama

04-05-2019 [14:24]
Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub.

Bu barədə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.

O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: "Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”/Ona.az

Xatırladaq ki, Natiq Məmmədovun adı hələ xarici işlər nazirinin müavini Xələf Xələfovun Nazirlər Kabinetinə aparat rəhbəri təyin olunmamışdan əvvəl bu vəzifəyə təyin ediləcəyi məsələsində hallanıb. Lakin həmin vaxt gözlənilməz qərarla X.Xələfov həmin vəzifəyə təyin olundu.

Lakin dünən Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov yenidən köhnə vəzifəsinə - Xarici işlər nazirinin müavini postuna təyin olunub.

Görünür, bu dəfə Natiq Məmmədovun qarşısında hər hansı maneə qalmayıb.

Mia.az


SON XƏBƏRLƏR