Milli Məclisin sədri səfərə hazırlaşır

04-05-2019 [14:05]
Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Mia.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Milli Məclisin nümayəndə heyəti İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaq.

Səfər mayın 8-də başa çatacaq.


SON XƏBƏRLƏR