Ağdaşda "07" "Kamaz"a çırpıldı, sürücü öldü

03-05-2019 [17:21]
Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 261-ci kilometrliyində, Ağdaş rayonu ərazisində baş verib.

Gecə saatlarında Bakı sakini Nəsibov Vüqar Məhəmməd oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Samux rayon sakini Zeynalov Heydər Ələddin oğlunun idarə etdiyi "Kamaz" markalı yük maşınına arxadan çırpılıb. Nəticədə V. Nəsibov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR