DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib

img

03-05-2019 [13:53]


DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçirib. 

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR