Avropa İttifaqının rəsmisi Bakıda: "Biz bilirik ki, təhlüksəzilik və ərazi bütövlüyü partnyorlarımız üçün önəmlidir"

img

03-05-2019 [12:58]


"Avropa gündən-günə inkişaf edir. Qlobal çağırışlar olan dünyada bir arada işləmək çox vacibdir. Azərbaycanda uğurlu xarici siyasət yürüdülür".

Bu fikirləri Avropa İttifaqının Azərbaycandaki Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı təhlükəsizlik sahəsində bir çox missiyalar həyata keçirir: "Bizim qurum təsis olunduqdan sonra ən böyük sülh dövrünü yaşayıb. Buna səbəb müxtəlif dövlətin bir-birinə olan maraqlarıdır və bu da bizim üçün vacibdir. Çünki bu münaqişəni mümkünsüz edir".

K.Yankauskas bildirib ki, bu il "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi qeyd olunacaq: "Azərbaycan da bu proqramın üzvüdür. Biz bilirik ki, təhlüksəzilik, müstəqillik və ərazi bütövlüyü partnyorlarımız üçün önəmlidir. Avropa İttifaqı qloballaşan dünyada bir arada işləməyi təklif edir". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR