Hövsanda piyadanı vurub qaçan sürücü tutuldu

03-05-2019 [10:47]

Aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub. Nəticədə o, hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə "Opel” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İ.Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.



SON XƏBƏRLƏR