Viktor Aleksandroviç Qribov Mingəçevirdə tutuldu - Narkotiklə

02-05-2019 [19:17]

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 36 yaşlı Qribov Viktor Aleksandroviç şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilmiş 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Q. V. Aleksandroviç barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



SON XƏBƏRLƏR