“Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik təsdiqləndi

img

02-05-2019 [17:15]


Bu gün Prezident İlham Əliyev "Sığorta fəaliyyəti haqqında” Qanuna edilən dəyişiklikləri də təsdiq edib.

Mia.az xəbər verir ki, bununla da "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1400-VQD nömrəli, 28 dekabr tarixli 1416-VQD və 1444-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilib:

1. 119.1.4-1-ci maddəyə "əmlakının” sözündən sonra "ipoteka və ya” sözləri və "kreditorların” sözündən sonra "bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş” sözləri əlavə edilsin.

2. 119.3-cü maddə üzrə:

2.1. "əmlakının” sözündən sonra "ipoteka və ya” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.”.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub