Bakıda sayt rəhbəri narkotik satarkən yaxalandı

02-05-2019 [13:35]
Bakıda sayt rəhbəri narkotik satarkən cinayət başında tutulub.

Qafqazinfo.az xəbər verir ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Bakupress.az” saytının rəhbəri Şəfəq Ağacan Nərimanov rayonu ərazisində qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ş.Ağacan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.


SON XƏBƏRLƏR