İqtisadiyyat naziri barəsində həbs qətimkan tədbiri seçilib

02-05-2019 [13:22]
Dağıstanın paytaxtı Mahaçqala şəhərinin Kirov rayon Məhkəməsi respublikanın İqtisadiyyat və Ərazi İnkişaf naziri Osman Xasbulatov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

"Report” xəbər verir ki, bunu TASS-a məhkəmənin nümayəndəsi bildirib.

O.Xasbulatov 20 milyon rubldan (309 min 412 dollar) çox dəyərində dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir.

Hazırda O.Xasbulatov barəsində Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə istintaq davam edir.

Qeyd edək ki, Dağıstan Respublikasının İqtisadiyyat və Ərazi İnkişafı naziri Osman Xasbulatov aprelin 30-da iki gün müddətinə saxlanılıb.


SON XƏBƏRLƏR