Əbülfəs Qarayev Giorgadze ilə görüşdü

img

02-05-2019 [13:12]


Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Ə.Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Mikheil Giorgadze Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 

Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR