Bərdədə qayınatasını bıçaqlayan şəxs tutulub

02-05-2019 [12:47]
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb. 

Belə ki, Bərdə rayon sakini, 35 yaşlı Rəhman Quliyev qaynatası Rizvan Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

R.Quliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR