Dünən xidməti maşınını satdı, bu gün istefa verdi - Bələdiyyə sədrindən gözlənilməz qərar

img

01-05-2019 [18:59]


Ankaranın Pursaklar rayon bələdiyyəsinin yeni sədri Ayhan Yılmaz vəzifəsindən istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 mart seçkilərində rekord səslə (72 faizlə) bələdiyyə sədri seçilən Ayhan Yılmazın istefası ölkə gündəmində bomba effekti verib.

Xatırladaq ki, vaxtı ilə deputat olan Yılmaz dünən xidməti maşınının daha çox xərc apardığı səbəbi ilə satışını həyata keçirərək, daha az xərcli maşın aldırmışdı. 

Bu gün isə o, gözlənilmədən vəzifəsindən istefa verdiyini açıqlayıb. Bu barədə ərizəsini oğlunun vastiəsi ilə təqdim edən bələdiyyə sədrinin niyə belə addım atmasının səbəbləri isə açıqlanmayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR