“Gürcüstanda etnik azlıqların yığcam yaşadıqları bölgələrdə Rusiya təbliğatı aparılır”

01-05-2019 [17:46]
"Gürcüstanda etnik azlıqların yığcam yaşadıqları bölgələrdə Rusiya təbliğatı aparılır”.

Bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili parlamentin Xarici əlaqələr üzrə komitəsinin üzvləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, etnik azlıqların dövlət dilini qənaətbəxş səviyyədə bilməmələri onların Gürcüstanın informasiya məkanından kənarda qalmalarına şərait yaradır: "Biz milli azlıqların yaşadıqları bölgələrdə informasiya boşluğunu doldurmaq üçün müəyyən addımlar atırıq. Rusiya təbliğatı və dezinformasiya sosial şəbəkələr, konkret şəxslər və digər vasitələrlə yayılır”.

K.Tsixelaşvili qeyd edib ki, son vaxtlar milli azlıqların məskunlaşdığı bölgələrdə Rusiya təbliğatına qarşı mübarizədə irəliləyiş əldə olunub: "Bizim milli azlıqlardan olan və həm doğma, həm də gürcü dilində danışan gənclərimiz var və onlar Avropa səfirləri olublar. Həmin gənclər öz bölgələrində ötən il 4000-ə yaxın insanı Avropa inteqrasiyası və onun konkret faydaları barədə məlumatlandırıblar”.

Dövlət naziri Rusiya təbliğatının və dezinformasiyanın Gürcüstanın işğal altında olan ərazilərində də həyata keçirildiyini bildirib/Report. 


SON XƏBƏRLƏR