Zakir Həsənov Hulusi Akarla bir arada - Müzakirə + FOTO

01-05-2019 [16:02]
İstanbulda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR