AMEA prezidenti: "Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşma düzgün olmayıb"

img

01-05-2019 [14:18]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın Ümumi yığıncağında Xalq şairi Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşmanın düzgün olmadığını bildirib.

"Report"un xəbərinə görə, A.Əlizadə dramı oxuduğunu bildirərək qeyd edib ki, əsərdə Ağa Məhəmməd şah Qacar hiddətlənərək Molla Pənah Vaqifin arxasınca "Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana" deyir:

"Sənədlərlə tanış olduqda görürsən ki, Qacar əsərdə təqdim edilən kimi bir şəxsiyyət olmayıb. Sənədlərdə Qacarla bağlı xeyli müsbət məqamlar var. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlərlə nəzər salıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR