AMEA prezidenti ilə vitse-prezidentlərin günlük ezamiyyə xərcləri artırıldı - 50 və 30 faiz...

img

01-05-2019 [11:31]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Növruz Məmmədov "Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavələri təsdiq edib.

Baş nazirin qərarı ilə edilən əlavəyə görə, AMEA prezidenti üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına 50 faiz həcmində, vitse-prezidentləri üçün 30 faiz həcmində əlavələr müəyyən olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR