Deputatdan qaz limitinin artırılmasına reaksiya: "Qaneedici deyil..."

img

01-05-2019 [11:22]


"Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil".

 Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Milli Məclisdə onun təklifi limitin iki dəfə artırılması haqda olub: "Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır. Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq, elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var, ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR