"Maduro dünən ölkəni tərk etmək istədi, ancaq Rusiya qoymadı" - ABŞ Dövlət katibindən sensasion açıqlama

img

01-05-2019 [11:00]


Müxalif qüvvələrin etirazları ilə üzləşən Venesuela Prezidenti Nikolas Maduro dünən ölkəni tərk etməyə hazır olub, ancaq Rusiya onu fikrindən daşındırıb.

"İnterfaks xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo bildirib.

"Onun təyyarəsi uçuş zolağında idi. Belə başa düşürük ki, o, bu səhər uçmağa hazır idi, amma Rusiya ona qalmalı olduğunu söylədi", - M.Pompeo deyib.

Dövlət katibi Venesuelanın rəhbərliyindəki vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, Maduro hökumətində ölkəni tərk etməyə hazır olan yüksək vəzifəli məmurlar var: "Son həftələrdə onlar özləri bu barədə bizə məlumat veriblər. Venesuela xalqının demokratiyanı bərpa edə biləcəyinə əminik".

Xatırladaq ki, Pompeo bundan əvvəl ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun respublika ərazisini tərk etməsində israrlı olduğunu açıqlayıb.

Belə ki, ona "hazırda Maduroya nə deyərdiniz" sualı verilib. 

"Təyyarəni işə salın", - Pompeo cavab verib. O, "Venesuela Prezidentinin ölkəni tərk etməsinin vaxtı çatıb" kəlməsini bir neçə dəfə təkrar edib/Report.

Xatırlaadq ki, dünəndən ABŞ-ın dəstəklədiyi müxalif lider tərəfdarlarını və ordudakı dəstəkçilərini "Azadlıq əməliyyatı" adı ilə küçələrə çıxarıb. Qeyd edilir ki, dünəndən paytaxt Karakasın bəzi nöqtələrində küçə döyüşləri gedir. Toqquşamalar nəticəsində ən azı 50-yə yaxın insan yaralanıb. Ölkənin mövcud rəhbərliyi isə çaxnaşmanın daha da böyüməməsi üçün dünəndən ölkədə internetin fəaliyyətini də dayandırıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR