Yaponiyada yeni imperator taxta oturdu

30-04-2019 [20:05]
Şahzadə Naruhito Yaponiyanın yeni imperatoru olub.

Trend-in məlumatına görə, bu, Tokio vaxtı ilə mayın 1-də gecə saat 00:01-də baş verib.

Qeyd edək ki, bir gün öncə Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edib.

Naruhito sabiq imperatorun böyük oğludur. Yeni imperatorun 59 yaşı var.


SON XƏBƏRLƏR