“Fermadan qaçış” baş tutdu

img

30-04-2019 [18:39]


Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı aprelin 29-da Gənc Tamaşaçılar Teatrının səhnəsində nöbvəti dəfə ameriaklı yazıçı Con Steynbekin "Adamlar və siçanlar” tamaşasını nümayiş etdirib. Yeni interpretasiyada təqdim olunan "Adamlar və siçanlar-3. Fermadan qaçış” tamaşası anşlaqla qarşılanıb.

Mia.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə inklüziv teatrının fəaliyyətini davam etdirmə çətinliklərindən və görülən işlərdən danışaraq bildirib ki, ƏSA Teatrını yaşadan tamaşaçıların sevgisi və rəğbətidir. "Biz gördüyümüz işlərlə tamaşaçı sevgisinə cavab veririk”, deyən rejissor tamaşaçıları əmin edib ki, "Adamlar və siçanlar-3. Fermadan qaçış” tamaşasını birnəfəsə izləyəcəklər.

Daha sonra tamaşa nümayiş olunub. Quruluşçu rejissorun tamaşaya əlavə etdiyi yeni interpretasiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İnteraktiv şəkildə hazırlanan tamaşanın klassik üslubdakı versiyasından fərqi tamaşaçıların diqqətini daha çox çəkib.

Qeyd edək ki, ƏSA Teatrının repertuarında olan "Adamlar və siçanlar” tamaşası teatr tarixində ilk dəfə film effektlərinin uğurla istifadə olunduğu tamaşa kimi yadda qalıb. Nümayişdən dərhal sonra tamaşaçılara gənc yazar Elman Süleymanovun "Üçüncü dünya müharibəsi” kitabı hədiyyə olunub. Müəllif öz kitabını tamaşaçılar üçün imzalayıb.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, fotoqrafı Famil Mahmudbəylidir. Rolları Elşən Əskərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz Qasımov, Cəmilə Məmmədli, Fərid Əliyev, İmran Lələyev,  Günay Məmmədova, Emin Balayev və Orxan Əliyev canlandırıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR