Venesuela paytaxtında qanlı döyüşlər başladı: müxaliflər hücuma keçdi - Ordudan bəyanat

30-04-2019 [16:29]
Venesuela müxalifətinin lideri Xuan Quaido bir qrup hərbçi tərəfdarı ilə hakimiyyəti ələ keçirmək üçün  küçə döyüşlərinə başlayıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Müxalif lideri bildirib ki, ölkənin faktiki rəhbərliyini devirmək üçün son "Azadlıq” əməliyyatına başlayıblar.

Müxalif liderin şəxsən küçələrdə tərəfdarları ilə birlikdə hərəkət etdiyi bildirilir.

Dünya mətbuatı yazır ki, hazırda paytaxtda küçə döyüşləri gedir.

Ölkənin informasiya nazirinin müavini Xorge Rodriquez "Twitter”də yazıb ki, "Venesuela kiçik qrup hərbi xain tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir”.

Venesuelanın müdafiə naziri Vladimir Padrino isə silahlı qüvvələrin prezident Maduronun yanında olduğunu bəyan edib. O, ordunun qanuni prezident Maduro və hökumətini əmin bir şəkildə müdafiə edəcəklərini bildirib.

Bu arada isə Venezuela Qurucu Məclis başqanı  Diosdado Cabello xalqa səslənib. O, prezident Nikolas Maduronu qorumaq üçün Miraflores Sarayına toplanmaya çağırıb.

Mia.az


SON XƏBƏRLƏR