Novruz Məmmədovun kartofla bağlı qərarı qüvvədən düşdü

img

30-04-2019 [16:02]


Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib.

Nazirlər Kabinetinin 6 aprel 2019-cu il tarixli qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar gömrük rüsumu tətbiq edilib.

Qeyd edək ki, Nazirlər Kabineti daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar, 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq etmişdi.

ONA



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR