İqtisadiyyat naziri həbs edildi

img

30-04-2019 [15:41]


Rusiya Federasiyasının Dağıstan Respublikasının İqtisadiyyat və Ərazi İnkişafı naziri Osman Xasbulatov iki gün müddətinə saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, məmurun evində və iş yerində axtarış aparılır.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məsələ ilə bağlı açıqlama verərək O.Xasbulatovun Dağıstanın çoxfunksiyalı mərkəzlərini təchiz etmək üçün dövlət müqavilələrini yerinə yetirərkən 20 milyon rubldan çox vəsaitin mənimsənilməsi üzrə cinayət işi ilə əlaqədar saxlanıldığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR