Akşener Ərdoğana Kənan Evreni xatırlatdı: "Tarix sizi bir yol ayrımına gətirib..."

img

30-04-2019 [14:37]


Türkiyənin İYİ partiyasının lideri Meral Akşener 31 martda keçirilən bələdiyyə seçkiləri haqda danışıb.

Mia.az xəbər verir ki, İstanbuldakı seçki qalmaqalına toxunan Akşener yaşananların Türkiyəyə artıqlaması ilə zərər verdiyini deyib: 

"Cənab İmamoğlu İstanbul bələdiyyəsinin sədri seçilib. Bunun xaricində hansısa əks qərar siyasi qəsb olar. Buna nə biz, nə də millətimiz razı olar. Söz və yetki millətindir. Tarix cənab Ərdoğana bir yol ayrımına gətirib. O ya milli iradəni tanımayacaq, ya da millətin qərarına hörmət edəcək. Ərdoğan Kənan Evreni belə kölgədə qoyacaq qərara imza atarsa, millət onu əfv etməz".

İYİ lideri deyib ki, YSK əmr və təlimatlarla millətin qərarını dəyişdirə bilməz.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR