Məmmədyarov Barronla görüşüb

img

30-04-2019 [13:26]


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barronla görüşüb. 

XİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Q.Kuevas Barron Bakıya bu növbəti səfəri zamanı "Formula 1 Azərbaycan Qran Pri 2019” çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etdiyini bildirərək, bu mühüm dünya miqyaslı idman yarışının yüksək peşəkarlıq səviyyədə təşkil edilməsinin şahidi olduğunu söyləyib.

Onun qənaətinə görə, bu cür yaddaqalan hadisələr Azərbaycanın dünya imicinin daha da artırılmasına xidmət edən gözəl fürsətdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanla PAİ arasında sıx təmasları üzərində dayanaraq, dünya parlamentlərinin nümayəndələrini birləşdirən bu qurumda Latın Amerikası ölkələrinin fəal iştirakını məmnuniyyətlə qeyd edib. Bu baxımdan Azərbaycanın cari ildə Qoşulmama Hərəkatında sədrliyə başlayacağını söyləyən nazir Elmar Məmmədyarov Qabriela Kuevas Barronu bununla bağlı Bakıda keçiriləcək Zirvə toplantısına dəvət edib.

Tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduqlarını vurğulayaraq, Latın Amerikası bölgəsində cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR