“Xalq cəbhəsi” Media Qrupu yaradıldı - Açıqlama

img

30-04-2019 [12:33]


Mayın 1-dən başlayaraq, "Xalq cəbhəsi” qəzeti, xalqcebhesi.az saytı, BayMedia (baymedia.az) və Avrasiya (avrasiya.net) informasiya agentlikləri fəaliyyətlərini vahid platformada davam etdirəcək.

Mia.az xəbər verir ki, bu sözləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bəyan edib.

Onun sözlərinə görə, adıçəkilən kütləvi informasiya vasitələrinin daxil olduğu qrup "Xalq cəbhəsi” Media Qrupu adlanır: "İnformasiya məkanında mövcud olan reallıqlar və çağırışlar bizi fəaliyyətimizə yenidən baxmağa sövq edir.

Artıq bir neçə aydır ki, xalqcebhesi.az və baymedia.az saytlarının daha modern mobil və PC nümunələri üzərində işləyirik. Bir neçə gündən sonra xalqcebhesi.az saytının yeni versiyasını oxularımıza təqdim edəcəyik.

May ayının 15-dən sonra isə baymedia.az saytının yeni mobil və PC nümunələri yayıma başlayacaq. Yenilənmiş avrasiya.net saytı isə çox güman ki, avqust ayının ikinci yarısında hazır olacaq. Bundan başqa, hələlik "Xalq Cəbhəsi” media qrupunun YouTube kanalı və qrupa daxil olan saytlar üzərindən test yayımlarımızı davam etdiririk.

Hazırlıq prosesi tam başa çatdıqdan sonra videomüsahibələr və debatlarla görüşünüzə gələcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR