Bakıda qadının qızıl boyunbağını zorla əlindən alan iki qardaş saxlanılıb

img

30-04-2019 [11:32]


Bakıda qadının qızıl boyunbağını zorla əlindən alan iki qardaş saxlanılıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində 2 nəfərin ona zor tətbiq edərək qızıl boyunbağısını aldıqlarını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR