Əhmədbəy Ağaoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi

img

29-04-2019 [19:09]


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun, Türkiyə Respublikası Özyeğin Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Hüquq və İnsan Haqları İnstitutunda "Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Mia.az xəbər verir ki, tədbirin ilk hissəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələrək, Əhməd bəyin əziz xatirəsinə həsr edilib. 

Belə ki, İnstitutun Elmi işlər üzrə drektor müavini, h.e.d. professor N.H.Cəfərli Ə.Ağaoğlunun həyat və yaradıcılığına tarixi nəzər yetirmiş, onun Türkiyə və Azərbaycanın taleyüklü məsələlərinin həllində müstəsna xidmətlərindən geniş şəkildə bəhs etmişdir. Bu da öz növbəsində Azərbaycan-Türkiyə dostluq və qardaşlığının bariz nümunələrindən biri, gələcək nəsillərə aşılanacaq həyat nümunəsidir.

Tədbiri giriş nitqi ilə açan AMEA Hüquq və İnsan Haqları İnstitunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə hüquq sisteminin müxtəlif sahələri üzrə hüquqi məsuliyyət və eləcə də ölkəmizdə və beynəlxalq aləmdə aktual sahələri olan süni intellekt və tibb hüququ, bu sahə üzrə mövcud problemləri tənzimləyən qanunvericilik aktları, cinayət, mülki məsuliyyət barədə geniş məlumat verdi.

Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Şahmar Məmmədov çıxış edərək vəkillərin hüquq sistemində zəruri rolundan, hüquqların müdafiəsi istiqamətində görülmüş işlərdən, hüquqi məsuliyyətin tətbiqi zərurəti barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Daha sonra Türkiyə Respublikası Özyeğin Universiteti Hüquq Fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Yener Ünver isə Türkiyə Respublikasında mövcud hüquqi məsuliyyətdən danışmışdır.

Digər konfrans iştirakçıları isə təşkil olunmuş seksiyalara müvafiq olaraq hüquqi məsuliyyətlə bağlı müxtəlif mövzular üzrə məruzələrlə çıxış etmişlər.

Təşkil edilmiş konfransda iki ölkənin hüquq sistemində hüquqi məsuliyyətlə bağlı bir sıra məsələlər müzakirə olunmuş və təkliflər verilmişdir.

İ

Digər xəbərlər
SON XƏBƏRLƏR