Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

img

29-04-2019 [19:04]


AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza dövlətimizin yüksək qayğısının mühüm nümunəsi olduğunu vurğulayıb. 

Akademik bildirib ki, mütəfəkkir şair Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm yer tutub.

Tədbirdə orta əsrlər Azərbaycan şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova "Nəsimi və qədim ərəbdilli Azərbaycan şeiri”, filologiya elmləri doktoru Fəridə Vəlixanova "Qərb dünyasında Şərq”, professor Qəzənfər Paşayev "Edamdan sonra başlanan həyat”, türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev "Nəsimi şeirinin vəzn xüsusiyyətləri”, qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov "Nəsiminin XX əsr ərəb ədəbiyyatşünaslığında öyrənilməsi”, erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, dosent Mahirə Quliyeva "Nəsiminin sənətkarlıq dünyasında” mövzularında məruzə ilə çıxış ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR