Keçmiş məhkumlar saxlanıldı - Biləsuvarda əməliyyat

29-04-2019 [17:22]
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1,1 kiloqramdan atıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonunun Günəşli kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov və həmkəndlisi, əvvəllər məhkum olunmuş Xalid Cəbrayılov B.Həsənovun idarə etdiyi "Vaz 2106” markalı avtomobillə saxlanılıb. Saxlanılarkən X.Cəbrayılovun üzərinə keçirilən baxış zamanı 11.726 qram narkotik vasitə olan heroin, avtomobildən isə 1 kiloqram 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır


SON XƏBƏRLƏR