Meriya Nizami rayonunda şadlıq evini cərimələdi

img

29-04-2019 [15:29]


Bakının Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən "Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, araşdırma zamanı məişət tullantılarının bura "Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib.

Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR