"Bizi niyə ələ salırsınız, bu yekəlikdə yalan olar?" - Ekspertdən Çingiz Abdullayevə təpki

img

29-04-2019 [14:08]


"Məmləkətdə qəribə bir yazıçısı var, detektiv yazarı Çingiz Abdullayev. İTV kanalına verdiyi müsahibəsində görün nə deyir: "Yeganə adamam ki, dünyada Xalq yazıçısı adını 45 yaşında almışam. SSRİ tarixində heç kəs bu adı 45 yaşında almayıb. Rəsul Həmzətov, Çingiz Aytmatov və Səməd Vurğun bu adı 50 yaşında alıblar"".

Mia.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Onun sözlərinə görə, əvvala postsovet məkanı istisna olmaqla, dünyanın heç bir yerində "Xalq yazıçısı", "Xalq şairi" adları verilmir: 

"Bizi niyə ələ salırsınız?

İkincisi, bu yekəlikdə gop olmaz axı, ay Çingiz müəllim! 

Rəsul Həmzətov 36 yaşında "Xalq şairi", Çingiz Aytmatov isə 46 yaşında "Xalq yazıçısı" adını alıb. Digər tərəfdən Çingiz Terekuloviçin bir povesti sənin bütün əsərlərinə dəyər. Bunu hələ də bilmirsiniz? O bir ili də onun yaradıcılığına bağışlayın, nə olar? Sizi danışmağa kim məcbur edir. Danışmasanız daha gözəl görsənirsiz".



Digər xəbərlər
SON XƏBƏRLƏR