Türkiyə Futbol Federasiyası faciəli şəkildə ölən cex futbolçu ilə bağlı qərar verdi

img

29-04-2019 [12:36]


"Alanyaspor" və Çexiya milli komandasının futbolçusu Yosef Suralın xatirəsi Türkiyə Super Liqasının oyunlarında yad olunacaq.

Mia.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Futbol Federasiyasının yaydığı başsağlığı mətnində deyilib.

Bildirilib ki, hücumçunun ölümü ilə əlaqədar  turun bütün qarşılaşmalarında 1 dəqiqəlik sükut elan ediləcək.

Qeyd edək ki, "Alanyaspor"un 7 futbolçusu dünən "Kayserispor" matçından sonra avtobusla şəhərə dönərkən qəızaya düşüblər. Nəticədə Sural vəfat edib, 6 futbolçu isə xəsarət alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR